“Turkish Airlines” şirkəti biletlərin bron edilməsinə və qeydiyyatına dair ciddi problemlərə səbəb olan qlobal nasazlıq barədə xəbərdarlıq edib.
Fins.az xəbər verir ki, hazırda aviaşirkətin mobil tətbiqinə daxil olmaq mümkün deyil.
“İnformasiya sistemlərimizdə mövcud olan qlobal texniki problemlə əlaqədar biletlərin alınması, qeydiyyat və bronlaşdırma ilə bağlı çətinliklər yaranıb”, - deyə dəstək xidmətindən bildirib.
Bundan əlavə, Berlindəki Brandenburq beynəlxalq hava limanı və İspaniyanın “Aena” şirkəti də baş vermiş texniki nasazlıqla əlaqədar reyslərdə mümkün gecikmələrlə bağlı xəbərdarlıq edib.
Kaira Agayeva
Fins.az