TURİZM

15 İyul

Şuşa-Laçın turu

İMPERATOR TRAVEL MMC Şuşa-Laçın turu təşkil edir.

Fins.az xəbər verir ki, tura müxtəlif səpkili bir çox amillər daxildir.

2 GÜN

••Tarix: 24-25 , 27-28 İyul
3-4 , 7-8 , 10-11 , 14-15 , 17-18 , 21-22 , 24-25 ,
27-28 , 30-31 Avqust

••Qiymət: ( 1 gecə / 2 günlük )
~ 149 azn ( Həftəiçi )
~ 159 azn ( Həftəsonu )

~ 1 günlük Şuşa turu : 55 azn / 60 azn
~ 1 günlük Laçın turu : 50 azn / 55 azn

✓Qiymətə daxildir:
•Komfortlu Nəqliyyat xidməti
•Professional tur rəhbər
•Hoteldə gecələmə (kotec)
•Lachinn və Abdallar Hotel
•Yol boyu maarifləndirici söhbətlər və musiqilər
•Qidalanma(1 dəfə səhər yeməyi)

✓Ekskursiyalar:
~ Laçın
•Laçın Seyrəngahı
•Bayraq Meydanı
•Mədəniyyət Evi
•Həkəri Çayı
•Tree House Restoranı
•Zabux Yolu, Laçının Panoramik Görüntüsü
•Zabux Kəndi
•Ceyran Qızlar Bulağı

~ Şuşa
•M.P. Vaqif məqbərəsi
•Yuxarı Gövhər Ağa Məscidi
•Şuşa Qalası
•Üzeyir Hacıbəylinin Heykəli və Əsərlərin Yazdığı Tut Bağı
•Bülbülün Ev Muzeyi
•Natəvanın Ev Muzeyi
•Natəvan Bulağı
•Güllələnmiş Büstlər
•Cıdır Düzü
•İsa Bulağı

~ Qeyd:
•Hər bir Azərbaycan vətəndaşı tura qoşula bilər.
•Turun müddətinə 4 gün qalmış qeydiyyat ləğv olnumur və ödəniş geri qaytarılmır.
•Tur zamanı tur iştirakçılarının istirahətinə, tur rəhbərinin işinə mane olan, qeyri etik davranışlar edən şəxslər turdan kənarlaşdırılacaq.
•Proqrama tur rəhbəri tərəfindən dəyişikliklər oluna bilər.
•0-5 yaşa qədər uşaqlar ödənişsizdir ( yer verilməzsə)

✓Toplanış: 05:30 Gənclik m/s, Caspian Shoppingin qarşısında.
•Çıxış: 06:00.
•Bakıya çatma: 23:00-23:30 (təqribi)

Bakı şəhəri / (055) 4758808