Umico (Competo MMC) Çağrı mərkəzi üzrə operator vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Müxtəlif kommunikasiya kanallarında (telefon, whatsapp, telegram, mail, facebook və s.) Umico marketdə mal və məhsul kateqoriyaları üzrə müştəri konsultasiyalarının həyata keçirilməsi.
- Mövcud məlumat bazasına gedən zənglər və müştəri üçün müvafiq malların satışı (Telemarketinq)
- Müştərilərin şirkətin xidmətləri və innovativ layihələri haqqında məlumatlandırılması
- CRM sistemində zənglərin qeydiyyatı
- Umico Market məhsulları üzrə konsultasiya məqsədilə müştərilərdən daxil olan zənglərin qəbulu
- Mütəxəssisin fəallığı və müştərilərin çətin vəziyyətlərini nəzərdən keçirmək, həll etmək və onlar üçün həll yolları tapmaq bacarığı
Namizədlər üçün tələblər:
- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti
- Pərakəndə satış mağazalarında (məişət texnikası, kosmetika, ətriyyat, məişət malları və s.) qeyri-ərzaq məhsulları (xüsusiyyətləri, təsviri, təfərrüatları) ilə bağlı bilik və təcrübə
- Ofis proqramlarını bilmək
- Komandada işləmək bacarığı
- İşgüzar yazışmalarda yaxşı qrammatika və ünsiyyət bacarıqları
- Səlis, aydın və intonasiya ilə danışmaq bacarığı
- Müştərilərlə ünsiyyət qurmaq bacarığı
- Əmtəə maddələrinin təfərrüatlarını və təsvirlərini satmaq və başa düşmək bacarığı
Cədvəl və əmək haqqı:
- 700 azn (350 fiks + 350 bonus )
- Növbəli iş qrafiki - 5/2
Namizədlərdən CV-lərini ingilis və ya rus dillərində “Çağrı mərkəzinin operatoru” qeyd etməklə elektron ünvanına ([email protected]) göndərmələri xahiş olunur.