TURİZM

15 İyun

Bu il Azərbaycana səfər edən turistlərin sayı 35 % artıb - Kənan Quluzadə

2024-cü ilin yanvar-may ayları ərizndə ölkəyə səfər edən əcnəbi vətəndaşların  sayının 965 555 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ili müqayisədə 35 faiz artım deməkdir.

Fins.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, proqnozlara əsasən qarşıda Azərbaycanda keçiriləcək irimiqyaslı tədbirlərin olmasını nəzərə alınıb:

“Bu ilin sonuna qədər ölkəyə gələn xarici vətəndaşların sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağını, 2024-cü ilin turizm axınının bərpası ili kimi yekunlaşacağının proqnozlaşdırıldığını qeyd edib”.

K.Quluzadə Prezident İlham Əliyevin elan etdiyi  “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində ölkədə ekoturizm, aqroturizm sahələrinin inkişafına xüsusi diqqət yetirildiyini, bu istiqamətdə daxili və xarici turistlərin aktivliyinin təmin edilməsi üçün müvafiq məhsullar və təbliğat işlərinin aparıldığını bildirib.

Fuad Mədətov
Fins.az