Bu ilin yanvar-may aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 81 075 nəfər səfər edib.
Fins.az xəbər verir ki, dövlət Turizm Agentliyinin məlumatına görə, bu, ötən ilin müvafiq göstəricisini 39 faiz üstələyir.
Bildirilir ki, hazırda Azərbaycan Turizm Bürosu Küveyt, Doha və Dubayda keçirilən "Ahlan Arabia" adlı silsilə tədbirlərdə iştirak edir. 14 iyun tarixinədək keçiriləçək tədbirlər çərçivəsində B2B və B2C formatlı görüşlər təşkil olunur.
İkitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədilə keçirilən görüşlərdə Azərbaycanın turizm imkanları yerli turizm şirkətlərinə təqdim edilib.