Türkiyə, İspaniya, Yunanıstan, Mərakeş və Misir başda olmaqla bir çox Avropa ölkəsindən turistik, etnik istiqamətlərə 3 milyondan çox yer tutumu təqdim edən Corendon Airlines, 2024-cü ilin birinci rübünün trafik nəticələrini paylaşıb.
Fins.az xəbər verir ki, Corendon Airlines tərəfindən mart ayında təklif edilən oturacaqların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 37% artıb.
Birinci rübün məcmu məlumatlarında əvvəlki ilə nisbətən 14% artım olub.
2024-cü ilin yanvar ayında doluluq nisbəti 66%, fevralda 78% və mart ayında 79% olub. Doluluq nisbətlərinin artması ilə əlaqədar qonaqların sayı da artıb. 2024-cü ilin mart ayında qonaqların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faizdən çox artıb.
Günel Məlikzadə
Fins.az