TURİZM

30 Aprel

Turizm gəlirləri artıb - TÜRKİYƏ

Türkiyə Statistika Təşkilatı 2024-cü ilin birinci rübünün turizm statistikasını açıqlayıb.

Fins.az xəbər verir ki, Türkiyədə turizm gəlirləri yanvar, fevral və mart aylarından ibarət ilk rübdə bir əvvəlki ilin eyni rübünə görə 5,4% artaraq 8 milyard 784 milyon 800 min dollara çatıb. Turizm gəlirlərinin 21%-i xaricdə yaşayan Türkiyəyə səfər edən vətəndaşlardan əldə edilib.

Ziyarətçilər səyahətlərini şəxsi və ya paket turlar kimi təşkil edirlər. Bu rübdə edilən xərclərin 7 milyard 775 milyon 627 min dollarını şəxsi xərclər, 1 milyard 9 milyon 174 min dollarını isə paket tur xərcləri təşkil edib.

Günel Məlikzadə
Fins.az