Ötən il Rusiyadan ən çox viza alan xarici ölkə vətəndaşları açıqlanıb.
Fins.az xəbər verir ki, Rusiyadan viza alan əcnəbilərin sayı 2022-ci illə müqayisədə 2023-cü ildə 64 faiz artıb.
Rusiya ən çox kimə viza verir?
2023-cü ildə Rusiya 845 min 900 viza verib. 2022-ci ildə bu rəqəm 515 min 300 olub.
2023-cü ildə vətəndaşları Rusiyadan ən çox viza alan ölkələr aşağıdakı kimidir:
-
Çin: 288 min 243
-
Türkmənistan: 72 min 776
-
Almaniya: 58 min 888
-
Türkiyə: 58 min 472
-
Hindistan: 41 min 643
-
İran: 40 min 566
-
Latviya: 20 min 902
-
Vyetnam: 20 min 302
-
Misir: 12 min 370
-
Estoniya: 11 min 340
Günel Məlikzadə
Fins.az