TURİZM

26 Aprel

Venesiyaya gündəlik girişlər pullu olub

Venesiyaya bir günlük səfərə gələn turistlər dünəndən etibarən şəhərə daxil olmaq üçün beş avroluq giriş haqqı ödəməlidirlər.

Fins.az xəbər verir ki, Venesiya meri Luici Brugnaronun sözlərinə görə, bu təcrübə sənət əsərləri, körpüləri və kanalları ilə dünyaca məşhur olan şəhərə kütləvi ziyarətçilərin qarşısını almaq məqsədi daşıyır.

Venesiya şəhər hökuməti bu pullu girişlə şəhərin məruz qaldığı həddindən artıq turizmin qarşısını almağa ümid edir. Venesiya öz gözəlliyinin qurbanına çevrilib və artıq dünyanın ən çox ziyarət edilən şəhərlərindən biridir.

Qeyd edək ki, turizmin pik mövsümündə gündəlik on minlərlə ziyarətçi ilə yanaşı, hər gün təxminən 100 min insan burada qalır.

Günel Məlikzadə
Fins.az