Türkiyə may bayramlarında rus turistlər arasında ən populyar istiqamət olub.
Fins.az xəbər verir ki, bu baradə Soglasiye (Согласие) sığorta şirkəti və tərəfdaş turoperatorları məlumat verib.
Ən çox üstünlük verilən istiqamətlər siyahısında 35% ilə birinci olan Türkiyəni 14% ilə Birləşmiş Ərəb Əmirlikləri və 13% ilə Misir izləyib.
Şengen bölgəsi ölkələrinə bu il 12% nisbətində rus tətilçiləri üstünlük verdiyi halda, bu bölgələrin populyarlığının səbəblərindən birinin Aralıq dənizində kruiz gəmilərinin səyahətləri göstərilib.
Bundan əlavə, Çin Rusiya turistlərinin 9 faizinin üstünlük verdiyi ilk beşlik sırasındadır.
Günel Məlikzadə
Fins.az