TURİZM

26 Aprel

TAV Havalimanlarının balans hesabatı açıqlanıb

Şirkətdən verilən açıqlamaya görə, TAV Havalimanları ilin ilk üç ayında keçən ilin eyni dövrü ilə müqayisədə 22% artımla 17,1 milyon sərnişinə xidmət göstərib. TAV-ın idarə etdiyi hava limanlarında beynəlxalq trafik keçən ilin eyni dövrü ilə müqayisədə 27 faiz artıb.

Fins.az xəbər verir ki, TAV Hava Limanları Baş Direktoru Serkan Kaptan, qış dövründə sərnişin axınının uzanan turizm mövsümünün və hava limanlarına uçan hava yolları tərəfindən həyata keçirilən donanma genişləndirmə strategiyalarının müsbət təsir göstərdiyini söyləyib.

Kaptan, "Beləliklə, birinci rübdə beynəlxalq sərnişinlərimiz keçən ilə nisbətən 27%, ümumi sərnişinlərimiz isə 22% artıb. Həm İzmir, həm də Ankara hava limanları AJet, Pegasus və SunExpress-in donanma artımından müsbət təsirlənir" dedi.

Fəaliyyətlərinin bütün uğurlarını maliyyə nəticələrində əks etdirməyi bacardıqlarını ifadə edərək, "Dövriyyəmiz 28 faiz artaraq 321 milyon avroya, EBITDA isə yüzdə 97 artaraq 86 milyon avroya çatıb. Aşağı mövsümdə xalis mənfəət müsbətə çevrilib və 9 milyon avroya çatıb" qiymətləndirməsini edib.

Günel Məlikzadə
Fins.az