Rusiyanın Ankaradakı səfirliyi ruslara “Türk Hava Yollarının xidmətlərindən yararlanmağın məqsədəuyğun olub-olmadığını düşünməyi” tövsiyə edib.
Fins.az RBC-yə istinadən xəbər verir ki, Rusiya səfirliyi bu çağırışı "THY ölkə vətəndaşlarını Latın Amerikası ölkələrinə tranzit uçuşlara aparmadığı üçün" edib.
Diplomatik nümayəndəliyin mətbuat xidmətindən RBC-yə bildiriblər: "Problem ciddidir. Türkiyə rəsmilərinin hadisənin ciddiliyindən nə dərəcədə xəbərdar olduqlarını bilmirik. Rusiyanın İstanbuldakı Baş Konsulluğu aviaşirkətin (THY) diqqətini çəkib. Yaranan qeyri-sağlam vəziyyətlə bağlı səfirlik yazılı şəkildə Türkiyə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Hələlik dəqiq bir cavab verilməyib”.
İddiaya görə, THY, təyinat ölkələrinin rusların qəbulu ilə bağlı sərt qaydalar müəyyən etdiyini bildirir və bunları geri dönüş biletinin olması, nağd pulun olması, otel rezervasiyası və səyahət məqsədi ilə səfərin məqsədi ilə bağlı təsdiqedici sənədlər kimi tələb edir.
Günel Məlikzadə
Fins.az