TURİZM

22 Aprel

"Çin uçuşlarında yer tapa bilmirik"

Türk Hava Yollarının baş direktoru Bilal Ekşi Çin uçuşları ilə bağlı açıqlamalar verib.

Fins.az xəbər verir ki, 6-cı Türkiyə-Çin İqtisadi Forumunda “Yildönümlərin kəsişməsində: Türkiyə-Çin İqtisadi Münasibətlərinə Baxış” başlıqlı Türkiyə-Çin İqtisadi Forumunda Türkiyə ilə Çin arasında münasibətlərin yaxşılaşdırılması üçün görüləcək işlər müzakirə edilib.

Forum çərçivəsində təşkil edilən panellərdən birində çıxış edən Türk Hava Yollarının baş direktoru Bilal Ekşi, “Çin marşrutunun baha olması və yay aylarında bilet tapa bilmədiyi ilə bağlı şikayətlər alırıq. Amma bu, tələb və təklif məsələsidir. Biz bütün Avropaya, yəni 800 milyonluq əhaliyə 2 minə yaxın uçuş həyata keçiririk. Amerikada 13 istiqamətə həftədə 123 uçuş edərkən, Çinə həftədə 3 istiqamətə 21 uçuş həyata keçiririk. Təəssüf ki, bu kifayət deyil. Biz tələbələrin və iş adamlarının sərfəli qiymətlərlə uça bilməsi üçün dəstəyinizi istəyirik".

Günel Məlikzadə
Fins.az