TURİZM

22 Aprel

Türkiyədə ruslar üçün bir dövrün sonudur?

Keçən ilin yanvar-mart ayları arasında rusların xaricdə ən çox ev aldığı iki ölkə Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri olub. Ümumi nisbət 42,3% olub.

Fins.az xəbər verir ki, bu ilin birinci rübündə bu nisbət 7,7 faizə düşüb.

Son bir ildə Türkiyədən ev alan rusların sayının 88 faiz, Birləşmiş Ərəb Əmirliklərindən ev alanların sayının isə 82 faiz azaldığını bildirib.

Qəzetə danışan Rus Sotheby's International Realty nümayəndəsi Tatyana Yemelyanova bildirib ki, 2022 və 2023-cü illərdəki təlatümlü illərdə Türkiyənin neytral siyasətinə əlavə olaraq, sərmayə müqabilində vətəndaşlıq və ya yaşayış proqramları rusları bu ölkədə mənzil almağa təşviq edib.

Yemelyanova 2023-cü ildən bu vəziyyət dəyişdikcə bu marağın azalacağını bildirir. Türkiyə oturma icazəsi həddini 70 min dollardan 200 min dollara qaldırdı və qısa müddətli kirayələr üçün də yeni qaydalar tətbiq edib.

Xəbərdə TÜİK məlumatlarının da yer aldığı qəzet, 2024-cü ilin mart ayında Rusiya vətəndaşlarına 411 evin satıldığını yazır. Bu rəqəm əvvəlki illə müqayisədə 65 faiz azdır. 2023-cü ilin mart ayında ruslar Türkiyədə 1175 ev alıblar.

Qəzetə danışan daşınmaz əmlak şirkəti nümayəndələri bu il rusların ən çox maraqlandığı üç ölkəni Oman, Yunanıstan və İspaniya (Türkiyə) kimi qeyd ediblər.

Günel Məlikzadə
Fins.az