Rusiyanın tur operatoru FUNSUN çarter proqramını Türkiyəni də əhatə edəcək şəkildə genişləndirir.
Fins.az xəbər verir ki, FUN SUN Rusiyanın ən qərb şəhəri Kalininqraddan Antalyaya tur proqramı təşkil edəcək.
FUNSUN-un Kalininqrad və Antalya arasında turları Corendon Airlines reysləri ilə həyata keçiriləcək.
Corendon Hava Yolları 22 may - 26 oktyabr 2024-cü il tarixləri arasında Kalininqraddan Antalyaya həftədə iki dəfə 189 sərnişin daşıyacaq təyyarə ilə uçacaq. Corendonun reyslərində yalnız FUNSUN turistləri uçacaq.
Kalininqraddan Antalyaya iki nəfərlik, 5 ulduzlu otellərdə 7 gecəlik hər şey daxil turlar 91 min rubldan başlayır.
Aprelin sonunda Kalininqraddan Antalyaya uçuşlara başlamalı olan Türkiyənin Southwind aviaşirkəti Avropa İttifaqının aviasiya orqanlarının qadağasından sonra martın əvvəlində hava məkanında uçuş hüququnu itirib.
Günel Məlikzadə
Fins.az