TURİZM

17 Aprel

Karaçor: Almaniyada Türkiyəyə tələbat çox yüksəkdir

Ən yaxın rəqibi İspaniyanı belə geridə qoyaraq, almanların ən populyar tur məkanına çevrilən Türkiyə üçün rezervasiyalar sürətlə davam edir.

Fins.az xəbər verir ki, əlavə uçuşlar və tam oturacaq tutumu ilə Türkiyənin bu il alman turist sayını 7 milyonu keçəcəyi gözlənilir.

Sabah qəzetindən Betül Alakentə qiymətləndirmələr edən ANEX Almaniya baş direktoru Yasir Karaçor, Corendon Hava Yolları İdarə Heyətinin sədri Yıldıray Karaer və SunExpress-in baş direktoru Maks Kownatzki Almaniya bazarında Türkiyəyə böyük marağın olduğunu bildiriblər.

ANEX Almaniya baş direktoru Yasir Karaçor 780 min alman turisti hədəf aldıqlarını ifadə edərək, “Almaniyada Türkiyəyə tələbat çox yüksəkdir. Pasxa bayramında oturacaqlar dolu idi. İndi bir qədər azalma var, amma bu normaldır. Xüsusilə 20 may-20 iyun arası tam keçid dövrüdür. Bu müddət ərzində təyyarələr yenidən 100 faiz tutumla gələcək. İran-İsrail gərginliyi artmasa, yay mövsümü dolu olacaq" dedi.

Günel Məlikzadə
Fins.az