TURİZM

17 Aprel

Kruiz gəmisi estakadaya çırpılıb

Kuşadasında kruiz gəmisi estakadaya çırpılıb.

Fins.az xəbər verir ki, uzunluğu 220 metr, eni 32 metr olan, 149 eyvanı, 630 kabinəsi, 7 restoranı, 8 barı və istirahət otağı olan Celestyal Journey adlı səyahət gəmisi Ege limanına yanaşmaq üçün manevr edib.

Manevr zamanı nəhəng gəmi dayana bilməyib və estakadaya çırpılıb. Zərbə nəticəsində gəmiyə cuzi ziyan dəyib.

Qeyd edək ki, gəmi yoxlamalardan sonra limanı tərk edib.

Günel Məlikzadə
Fins.az