Rusiyalı turistlər BƏƏ-dən geri dönə bilmədilər.
Fins.az xəbər verir ki, güclü yağışlar səbəbiylə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) uçuşları təxirə salınan rusiyalı turistə yaşayış və yemək imkanları təmin edilərək dəstək verilir.
Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) prezidenti Maya Lomidze RİA Novosti-yə bildirib ki, təxirə salınan reyslər ümumilikdə 2,5 min sərnişinə təsir edib.
Bu, Rusiyanın müxtəlif şəhərlərindən BƏƏ-yə orta gündəlik uçuşların sayının demək olar ki, yarısına uyğundur.
Lomidze, “Sərnişinlərə BƏƏ-də yaşayış və yemək imkanları təklif edildi. Turistlər zərər çəkmir. Ümid edirik ki, sabah hər şey normala dönəcək” dedi.
Günel Məlikzadə
Fins.az