TURİZM

16 phrase_var_core.april

Alman turizm nəhəngi 1 avroya satılıb

Avropanın üçüncü ən böyük tur operatoru olan Münhendə yerləşən FTI Group üçün satış müqaviləsi imzalanıb.

Fins.az xəbər verir ki, səyahət və turizm sektorunda ixtisaslaşmış ABŞ-ın Certares maliyyə investisiya firmasının rəhbərlik etdiyi konsorsium Almaniyanın FTI Qrupunun bütün səhmlərini almaq üçün müqavilə imzalayıb.

Konsorsium FTI Group-un səhmlərinin 100 faizini mövcud səhmdarlardan simvolik 1 avro müqabilində alıb.

Günel Məlikzadə
Fins.az