Monteneqro hökuməti Pegasus Hava Yollarının İstanbul Sabiha Gökçen Hava Limanı ilə Podqoritsa arasında uçuş icazəsini ləğv edib.
Fins.az xəbər verir ki, Monteneqronun Pegasusun Tivata planlaşdırdığı uçuşlara icazə vermədiyi və bu səbəbdən Tivat uçuşlarının da ləğv edildiyi də öyrənilib.
Qeyd edək ki, Pegasus uçuşlarının Monteneqronun hava yolu şirkəti Air Montenegro-nun uçuşlarına mənfi təsir etdiyi və sərnişin sayında ciddi azalma olduğu üçün qərarın verildiyi açıqlanıb.
Günel Məlikzadə
Fins.az