Rusiya Səyahət Sənayesi Assosiasiyası (RST) Rusiyadan Türkiyəyə gediş-gəliş üçün aviabiletlərin orta qiymətini hesablayıb.
Fins.az xəbər verir ki, RST sədrinin müavini Dmitri Qorin Türkiyə xəttində qiymətlərin ötən illə müqayisədə dəyişmədiyini və 35-40 min rubl civarında olduğunu bildirib.
Rusiya rəsmisi, "Hazırda 2023-cü illə müqayisədə orta qiymətlərdə artım müşahidə olunmur. Rublun məzənnəsinin zəifləməsinə baxmayaraq, çox problem yaşanmadı. Ruslar 2022-2023-cü illərdə Türkiyəyə gediş-gəliş üçün təxminən 60 min rubl ödəyiblər. İndi bu ortalama 35-40 min rubla düşüb" dedi.
Günel Məlikzadə
Fins.az