TURİZM

05 Aprel

İspaniyanın turizm gəlirlərində böyük artım

İspaniyanın turizm gəliri həm fevralda, həm də ilk ayda əhəmiyyətli dərəcədə artıb.

Fins.az xəbər verir ki, 2024-cü ilin fevral ayında İspaniyanın turizm gəliri bir əvvəlki ilin eyni ayına görə  25,8% artaraq 6 milyard 747 milyon avroya çatdı.

İspaniya bu rəqəmlə 4 milyard 667 milyard avro turizm gəliri əldə etdiyi 2019-cu ilin eyni ayını 44,5 faiz üstələyib.

İspaniyanın 2024-cü ilin yanvar-fevral aylarında əldə etdiyi ümumi turizm gəliri 13 milyard 296 milyon avro olaraq qeyd edildi. İspaniya bu rəqəmlə 9 milyard 357 milyon avro turizm gəliri əldə etdiyi 2019-cu ilin fevral ayını 42,13 faiz üstələyib.

Fevralda İspaniyada bir turistə düşən orta xərclər 8,5% artaraq 1347 avroya, bir turistə düşən orta gecəlik xərclər isə 5,8% artaraq 173 avroya çatıb.

Günel Məlikzadə
Fins.az