Muğla Ortaca İcra Bürosu Sarıgermedə Castle Resort Spa Sarıgerme adlı otel binasını satışa çıxarıb.
Fins.az xəbər verir ki, zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan oteldə 112 otaq var.
Ümumi qapalı sahəsi təxminən 6.475 kvadratmetr olan otelin dəyəri 119 milyon 564 min 209 TL-dir.
Otel üçün ilk hərrac aprelin 30-da başlayacaq və mayın 7-də başa çatacaq. Əgər birinci hərracda otel satılmasa, ikinci hərrac mayın 28-də başlayacaq və iyunun 4-də başa çatacaq.
Günel Məlikzadə
Fins.az