Keçən il kruiz turizmində yaxşı bir il keçirən İzmirə 2024 mövsümünün ilk kruiz gəmisi gəldi.
Fins.az xəbər verir ki, Rusiyanın Soçi şəhərindən yola düşən "Astoria Grande" adlı kruiz gəmisi Misir səfərindən sonra 707 sərnişinlə İzmirə gəlib.
Əksəriyyəti Rusiya vətəndaşı olan turistlər şəhər mərkəzindəki tarixi Kemeraltı bazarını və Səlcuq rayonundakı Efes Antik Şəhərini ziyarət edəcəklər.
Günel Məlikzadə
Fins.az