Corendon Airlines və Petrol Ofisi Qrupu 2050 xalis sıfır hədəflərinə uyğun olaraq yeni əməkdaşlığa imza atıb.
Fins.az xəbər verir ki, Türkiyə, İspaniya, Yunanıstan və Avropanın bir çox ölkəsi kimi onlarla məşhur istirahət məkanına birbaşa uçuşlar həyata keçirən Corendon Airlines Davamlı Aviasiya Yanacağından (SAF) istifadə edərək ekoloji cəhətdən təmiz uçuşlar təşkil edir.
Corendon Airlines Petrol Ofisi Qrupu ilə əməkdaşlığa uyğun olaraq, SAF yanacağından istifadə etməklə karbon dioksid (CO2) emissiyalarını azaltmağı hədəfləyir və aviasiya sənayesində ətraf mühitə təsiri minimuma endirmək üçün təşəbbüslər edir.
Günel Məlikzadə
Fins.az