TURİZM

02 Aprel

Rus turistlər üçün alternativlər artıb

İlin əvvəlindən Türkiyəyə gələn rusiyalı turistlərin sayının azalmasına baxmayaraq, Rusiya vətəndaşlarının xarici tur rezervasiyaları artır.

Fins.az xəbər verir ki, 2024-cü ilin birinci rübündə xaricə tur sifariş edən Rusiya vətəndaşlarının nisbəti ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artıb.

Xüsusilə Şri-Lanka, Tailand, Kuba kimi ölkələrdə rusiyalı turistlərin marağında artım var.

Bundan əlavə, Mavrikiy, Vyetnam və İndoneziya rusiyalı turistlər arasında getdikcə populyarlaşan tətil ölkələrinə çevrilib.

Qeyd olunur ki, rusiyalı turistlər tərəfindən sevilən tətil ölkələrinin sayının artması ilə ənənəvi olaraq birinci yerdə olan Türkiyəyə gedən turistlərin nisbəti azalır.

Günel Məlikzadə
Fins.az