Antalya mərkəzli hava yolu şirkəti Southwind-ə tətbiq edilən uçuş qadağasının əks-sədaları davam edərkən, şirkətdən mövzu ilə bağlı əhəmiyyətli bir açıqlama verildi.
Fins.az xəbər verir ki, Southwind Hava Yolları tərəfindən edilən açıqlama belədir:
“Southwind Airlines Türkiyənin suverenliyinə məhəl qoymayan ədalətsiz hava məkanı qadağasına məruz qalır".
"Yarandığı 2022-ci ilin oktyabr ayından bu yana 500 minə yaxın sərnişini Avropaya problemsiz daşıyan və 2024-cü il proqramı çərçivəsində Almaniya mülki aviasiya qurumu LBA-nın razılığı ilə 100 minə yaxın bilet satan şirkətimizin uçuşları haqsızlıqla bağlanıb.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi – EASA (Avropa Aviaiton Təhlükəsizliyi Agentliyi) tərəfindən şirkətimizin Avropa hava məkanından istifadəsinə qadağa qoyulması ilə bağlı nə ölkəmizin rəsmi qurumları; Nə aidiyyatı nazirliklərə, nə Mülki Aviasiya Baş İdarəsinə, nə də şirkətimizə konkret məlumat və sənəd təqdim olunmayıb. Bu, tamamilə ədalətsiz, qərəzli, şayiələrə əsaslanan, pis niyyətli bir təcrübədir".
Günel Məlikzadə
Fins.az