TURİZM

29 Mart

Antalya mövsümün ilk kruiz gəmisinə ev sahibliyi edib

144 metr uzunluğundakı Hamburq lüks kruiz gəmisi Türkiyənin aparıcı ticarət yük və kruiz limanı olan QTerminals Antalya Limanına baş çəkib.

Fins.az xəbər verir ki, Baham bayraqlı 15067 qross tonluq Hamburg adlı kruiz gəmisi 310 sərnişin və 170 ekipajla QTerminals Antalya Limanına gəlib. Sərnişinlər Antalyada alış-veriş etməklə, yerli restoranlara və turistik yerlərə baş çəkərək bölgə iqtisadiyyatına töhfə veriblər. Hamburq kruiz gəmisinin növbəti dayanacağı Rodos limanı olacaq.

Günel Məlikzadə
Fins.az