Marriott Bonvoy-un 30-dan çox otel brendindən ibarət portfelinə daxil olan və İstanbulun tarixi yarımadasında yerləşən Luxury Collection Hotel, İstanbul Sanasaryan Han öz qapılarını açıb.
Fins.az xəbər verir ki, İstanbulun tarixi yarımadasının mərkəzində yerləşən "Sanasaryan Han, Luxury Collection Hotel" olaraq "rahat" yerləşdirmə xidməti təqdim edəcək.
Otelin operatorları "Şərqlə qərbin qovuşduğu bölgədə yerləşən və İstanbulun füsunkar tarixinə şahidlik etmiş Sanasaryan Handa unikal xatirələr yaradacaq təcrübələr təqdim etmək" məqsədi ilə yola düşüblər.
Günel Məlikzadə
Fins.az