TURİZM

19 Mart

İstanbul uçuşları başlayır

Özbəkistan aviaşirkəti martın 21-dən İstanbula uçuşlara başlayır.

Fins.az xəbər verir ki, Özbəkistanın “Air Samarkand” aviaşirkəti Səmərqənd-İstanbul marşrutu üzrə müntəzəm uçuşlara başlayır.

21 Mart Cümə axşamı günü başlayacaq uçuşlar həftədə iki dəfə gediş-dönüş olacaq və planlaşdırılmış uçuş müddəti təxminən 5 saat olacaq.

Birinci mərhələdə Səmərqənd Beynəlxalq Hava Limanından (SKD) İstanbul Beynəlxalq Hava Limanına (İST) həftədə iki dəfə, bazar ertəsi və cümə axşamı günləri ikitərəfli uçuşlar həyata keçiriləcək.

Günel Məlikzadə
Fins.az