2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 167 ölkəsindən 341 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 68,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 11,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,4 faiz artaraq 122,8 min nəfər olub.
Ən böyük artım ölkəmizə Çindən (+4,1 dəfə), Səudiyyə Ərəbistanından (+2,8 dəfə), Hindistandan (+2,7 dəfə), Qırğızıstandan (+2,6 dəfə) və Bəhreyndən (+2,5 dəfə) gələn əcənəbilər arasında qeydə alınıb.
Azərbaycana səfər edən əcnəbilərin ölkələr üzrə göstəriciləri:
Rusiya Federasiyası – 26,8 faizi
Türkiyə – 19,9 faizi
İran – 9,8 faizi
Hindistan – 6,9 faizi
Gürcüstan – 4,8 faizi
Səudiyyə Ərəbistanı – 3,4 faizi
Birləşmiş Ərəb Əmirlikləri – 2,7 faiz
Qazaxıstan – 2,7 faiz
Pakistan – 2,7 faiz
Küveyt – 2,1 faizi
Özbəkistan – 1,8 faizi
Türkmənistan – 1,5 faizi
Oman – 1,3 faiz
Ukrayna – 1,3 faiz
Belarus – 1,1 faizi
Digər ölkələr – 11,2 faizi.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6 faizi hava, 31 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.