Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 36 % artaraq 296,5 min nəfər olub.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 37,9 %-i Türkiyəyə, 21,9 %-i Rusiya Federasiyasına, 9,7 %-i Gürcüstana, 8,5 %-i İrana, 22 %-idigər ölkələrə səfər edib. Gedənlərin 68,2 %-ni kişilər, 31,8 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 38,5 %, Gürcüstana gedənlərin sayı 32,2 %, Rusiyaya gedənlərin sayı 30,6 %, Türkiyəyə gedənlərin sayı 30,1 % artıb.
2 ay ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,7 %-i hava, 30,0 %-i dəmir yolu və avtomobil, 2,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Fuad Mədətov
Fins.az