TURİZM

13 Mart

28 yeni marşrutla rekord uçuş şəbəkəsi

Türk Hava Yolları və Lufthansa-nın birgə müəssisəsi olan SunExpress 2023-cü ildə əvvəlki illə müqayisədə 21% artımla 1,8 milyard avro gəlir əldə edib. Aviaşirkət doluluq nisbətini 85% yüksək səviyyədə saxlaya bilib. SunExpress 2024-cü ilin yay mövsümündə 28 yeni marşrut əlavə edərək tarixinin ən böyük uçuş şəbəkəsinə çatır.

Fins.az xəbər verir ki, SunExpress-in CEO-su Maks Kownatzki, "Türkiyə bu il səyahət həvəskarlarının ağlına gələn ilk ölkələrdən biri olmağa davam edir. 2023-cü ildə gördüyümüz yüksək tələb bu ilki rezervasiya rəqəmlərində də özünü göstərir. 

Performans nisbəti ilə ideal bir səyahət məkanı olaraq fərq yaradır. SunExpress olaraq Türkiyəyə birbaşa uçuşlarımızı daha da genişləndirdik. Türkiyə turizm bazarı böyüməyə hazırlaşarkən biz də Türkiyə üçün üzərimizə düşəni edirik" dedi.

Günel Məlikzadə
Fins.az