“ABŞ-ın sanksiyaları” səbəbindən bir müddətdir ki, Türkiyə ilə Rusiya arasında ödənişlərdə problemlər yaranıb. Bu səbəbdən bütün diqqətlər turizm sektorunda idi. Yay mövsümü üçün edilən rezervasiyaların ödənişində ciddi problem olmadığı bildirilib.
Fins.az xəbər verir ki, Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) prezidenti Maya Lomidze bildirib ki, əvvəlki illərdə Rusiya və Türkiyə şirkətləri arasında ödənişlərdə vaxtaşırı problemlər yaranıb, lakin bunlar sistemli problemlər deyil və onlar Hələlik turizm bazarına ciddi təsir etmir.
Lomidze, "Üzvlərimiz türk tərəfdaşları ilə işlərinin normal davam etdiyini bildirirlər. Yaya tələbatın azalması üçün heç bir səbəb görmürük" dedi.
Günel Məlikzadə
Fins.az