TURİZM

11 Mart

Aİ-də turizm sürətlə bərpa olunur

Avropa İttifaqı (Aİ) ölkələrində ötən il otel və hostel kimi turizm obyektlərində gecələmələrin sayı yeni növ koronavirusun (Covid-19) yayılmasından əvvəlki səviyyəni keçib.

Fins.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) turizm sektoru keçən il sürətlə bərpa olunub. Aİ ölkələrində turizm obyektlərində gecələmələrin sayı 2023-cü ildə əvvəlki ilə nisbətən 6,1 faiz artaraq 2,9 milyarda çatıb.

Beləliklə, 2023-cü ildə Aİ-də turist yerləşdirmə yerlərinin sayı 2019-cu ilin pandemiyadan əvvəlki dövrlə müqayisədə 1,4 faiz artıb.

Digər tərəfdən, Covid-19 epidemiyası və həyata keçirilən sərt tədbirlər səbəbindən 2020-ci ildə Aİ ölkələrində turizm dayanıb.

Günel Məlikzadə
Fins.az