TURİZM

07 Mart

İspaniyaya gələn turistlərin sayı 15% artıb

2024-cü ilin yanvar ayında İspaniyaya gələn turistlərin sayı 15% artaraq 4,76 milyona çatıb. Ölkə 2023-cü ildə təxminən 4,14 milyon turist cəlb edib.

Fins.az bunu İspaniya Milli Statistika İnstitutundan (INE) Turizm Məlumat Bankının tərtib etdiyi məlumatlara istinadən xəbər verir.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr dövründə İspaniyaya gələn turistlərin sayı 19% artaraq 85 milyona çatıb.

Günel Məlikzadə
Fins.az