TURİZM

07 Mart

İstanbul hava limanı Avropanın zirvəsindədir

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı olarkən, THY ən çox uçuş həyata keçirən üçüncü hava yolu şirkəti oldu.

Fins.az xəbər verir ki, Türkiyə Mülki Aviasiya Baş İdarəsinin ( SGHM ) Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) məlumatlarına görə, İstanbul Hava Limanı 26 Fevral-3 Mart tarixləri arasında gündə orta hesabla 1312 uçuşla Avropanın ən işlək hava limanı oldu.

İstanbul hava limanını gündə orta hesabla 1283 reyslə London-Hitrou, 1266 reys ilə Amsterdam, 1169 reyslə Paris Şarl de Qoll və 1131 reyslə Frankfurt hava limanı izlədi.

Bu dövrdə ən çox uçuş həyata keçirən hava yolu şirkəti gündə orta hesabla 2280 uçuşla Ryanair, Easyjet isə 1362 uçuşla ikinci, Türk Hava Yolları ( THY ) isə 1328 uçuşla üçüncü olub. THY-ni 1111 uçuşla Lufthansa və 898 uçuşla Air France izlədi .

Ən çox trafikə malik ölkələr arasında Türkiyə gündə orta hesabla 2441 uçuşla altıncı yerdədir.

Günel Məlikzadə
Fins.az