Aralıq dənizinin ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Antalya turizmdə yeni rekord qırıb.
Fins.az Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, ilin ilk iki ayında 10,82% artım əldə edən Antalya 499 min 784 xarici ziyarətçini qəbul edib.
Yerli və xarici turistlərin diqqət mərkəzində olan Antalya turizmi fevral ayında 17,20% artıb. Fevral ayında Antalyaya ev sahibliyi edən xarici ziyarətçi sayı 270 min 686 oldu.
Günel Məlikadə
Fins.az