TURİZM

06 Mart

Pegasus-dan dividend qərarı

Pegasus, 2023-cü ildə dividend paylamayacağını açıqladı.

Fins.az xəbər verir ki, şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamada 213 saylı Vergi Prosedur Qanununun müddəalarına uyğun olaraq hazırlanmış maliyyə hesabatları və hüquqi qeydlərin nəzərə alındığı bildirilib və əlavə edilib:

"İnflyasiya uçotu tətbiqindən əvvəl hüquqi qeydlər Şirkətimizin Nizamnaməsinin 21-ci maddəsi və Şirkətimizin Mənfəət Bölüşdürmə Siyasətinin müddəaları çərçivəsində qeydə alınmışdır. Bölüşdürülə bilən mənfəətin olmadığına dair qərar səhmdarlarımızın təsdiqinə təqdim ediləcək".

Günel Məlikzadə
Fins.az