TURİZM

04 Mart

Yaponiyanın \"Türk turist\" sevinci

Yaponiyanın turizm sənayesini inkişaf etdirmək və beynəlxalq ziyarətçiləri təşviq etmək üçün fəaliyyət göstərən Yaponiya Milli Turizm Təşkilatı (JNTO), 2023-cü ilin ilk 3 rübündə Türkiyədən Yaponiyaya gələn ziyarətçilərin sayının 2019-cu ilin eyni dövrünü əhəmiyyətli dərəcədə üstələdiyini açıqlayıb.

Fins.az xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr ayları ilə 2023-cü ilin yanvar-sentyabr ayları arasında Yaponiyaya gələn xarici ziyarətçilərin sayındakı artım templərinə baxsaq, Türkiyədən Yaponiyaya gedənlərin nisbəti +28,1%, Meksikadan isə +23,2% olub. Sinqapurdan +18,2%, Vyetnamdan +16,9% və ABŞ-dan +14,8% artım göstərir. Bu məlumatlar Türkiyənin sağalma sürətinin digər ölkələrlə müqayisədə daha yüksək olduğunu göstərir.

Günel Məlikzadə
Fins.az