Türk Hava Yolları (THY) İstanbul Hava Limanından Sinqapur üzərindən Avstraliyanın Melburn şəhərinə ilk uçuşunu həyata keçirib.
Fins.az xəbər verir ki, Türk Hava Yolları tərəfindən 6-cı qitəyə ilk uçuş TK 168 uçuş nömrəli, 349 sərnişini olan Boeing 777 tipli təyyarə ilə həyata keçirilib. Təyyarənin qapısında sərnişinlərə lokum ikram edilib.
Uçuşdan əvvəl jurnalistlərə açıqlama verən THY İdarə Heyəti və İcraiyyə Komitəsinin sədri Əhməd Bolat 6-cı qitəyə ilk uçuşun başlamasından məmnunluqlarını dilə gətirib.
Günel Məlikzadə
Fins.az