Sagist Group Afrikada yeni bir layihə üçün hərəkətə keçdi. Qrup Liviyanın ikinci böyük şəhəri olan Benqazi sahillərini turizm mərkəzinə çevirəcək yeni bir layihə həyata keçirir. Layihəyə tərəfdaşları ilə başlayan şirkət bölgəyə dəyər qatacaq və müştərilərə xüsusi bayram təcrübəsi təqdim edəcək otel və villa kompleksini reallaşdırmaq üçün səylərini sürətləndirib.
Fins.az xəbər verir ki, Sagist Group-un baş direktoru Metin Durmaz layihənin 140 milyon dollarlıq investisiya ilə həyata keçiriləcəyini vurğulayıb. Layihənin 3 il ərzində tamamlanmasının hədəfləndiyinə diqqət çəkən Durmaz, “Bu nəhəng investisiya lüksü yenidən təyin edəcək. 400-dən çox dəbdəbəli otel otağı və obyektdəki 12 müstəqil villa ilə qonaqlara unudulmaz təcrübə təqdim etməyi hədəfləyirik. Biz həmçinin ümid edirik ki, layihə Liviyanın inkişaf prosesinə mühüm töhfə verəcək" deyib.
Günel Məlikzadə
Fins.az