Er Yatırım baş meneceri və Marriott EMEA Məsləhət Şurasının üzvü Ferzan Çelikkanat, 2005-ci ildən "markalı şəhər otel investoru" olmaq və beynəlxalq fond dəyərinə malik daşınmaz əmlak portfeli yaratmaq məqsədi ilə turizmə sərmayə qoyduqlarını söylədi. Çelikkanat 300 milyon dollarlıq sərmayə ilə Türkiyədə 10 ildə 20 otel tikməyi hədəflədiklərini bildirib.
Fins.az xəbər verir ki, 2014-cü ildə dünyanın ən böyük otel qruplarından biri olan Marriott Group ilə müqavilə bağlayaraq Four Points by Sheraton brendinin françayzinq hüquqlarını əldə etdiklərini və 2015-ci ildən otel investisiyalarına başladıqlarını bildirib. İstanbul Kağıthane, Kartal, Ataşehir, Eminönü, İzmir Bayraklı və Gebzedə eyni anda altı layihəyə başladıqlarını bildirən Çelikkanat, "İlk otelimiz 2017-ci ilin iyun ayında İzmirdə istifadəyə verildi. İstanbul Kağıthane otelimizi 2021-ci ildə açdıq." dedi.
Günel Məlikzadə
Fins.az