TURİZM

15 Fevral

Türkiyədə neçə otel var?

2024-cü ilin yanvar ayı etibarilə Türkiyə daxilində otel və çarpayıların sayı müəyyən edilib.

Fins.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yenilənən Obyekt Statistikasından Turizm Məlumat Bankı tərəfindən edilən hesablamaya görə, 2024-cü ilin yanvar ayının sonunda Türkiyədə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sertifikatlaşdırılmış aktiv otellərin sayı 21 min 13-ə yüksəldi. Aktiv otel çarpayılarının sayı 1 milyon 790 min 976'ya yüksəldi. İnvestisiya mərhələsində 159 612 çarpayı var.

Bu ay Antalyada fəaliyyət göstərən otellərin sayı 2492-ni, otel çarpayılarının sayı isə 615 mini keçib. İstanbulda otellərin ümumi sayı 2931-i, otel çarpayılarının sayı isə 244 mini keçib. Digər tərəfdən, Muğlada 217 mindən çox çarpayılıq 2642, İzmirdə isə 81 mindən çox çarpayı olan 1703 obyekt var.

Günel Məlikzadə
Fins.az