TURİZM

14 Fevral

Rusiyaya gələn turistlərə "nağd ödəniş" xəbərdarlığı!

Rusiya Turizm Sənayesi Assosiasiyası ölkədə beynəlxalq ödəniş sistemlərinə qoşulan kartların işləməməsi səbəbindən xarici turistlərin ödəniş problemi yaşadığına diqqət çəkib.

Fins.az xəbər verir ki, bu səbəbdən turistlər son vaxtlar Rusiyaya daha çox nağd pul gətirirlər və xarici valyuta dəyişdirərək rublla ödəniş edirlər.

İqtisadi İnkişaf Nazirliyinin rəsmisi Nikita Kondratyeva bildirib ki, Rusiyada əcnəbilər üçün elektron ödəniş sxemi qanuni olaraq təsdiqlənib və banklar bunun üçün maliyyə məhsulu yaratmalıdırlar.

Günel Məlikzadə
Fins.az