TURİZM

08 Fevral

Şengen vizası üçün rüsum artır

Avropa Komissiyası 2024-cü ildə Şengen vizası üçün əsas rüsumun artırılması təklifini təqdim edib.

Fins.az xəbər verir ki, təklif yaşıl işıq yandırsa, rüsum 12 faiz artaraq böyüklər üçün 80 avrodan 90 avroya, uşaqlar üçün isə 40 avrodan 45 avroya yüksələcək.

Aİ, həmçinin üzv ölkələrdən deportasiya edilmiş insanların “yenidən ölkəyə girişini qəbul etməkdə qeyri-kafi əməkdaşlıq” göstərən ölkələr üçün rüsumları daha da artırmağı planlaşdırır.

Aİ və Şengen zonasının 90 günlük viza azadlığı qaydasından faydalana bilməyən Aİ üzvü olmayan ölkələrin vətəndaşları üçün Şengen vizası tələb olunur.

Təklif qanuni olarsa, qiymət artımı yaxın bir neçə ay ərzində baş verəcək.

Günel Məlikzadə
Fins.az