TURİZM

08 Fevral

EMITT-də TÜRSAB-dan Fələstinlə həmrəylik mesajı!

Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) 27-ci EMITT Sərgisinə geniş heyətlə qatıldı. Çox sayda yerli və xarici iştirakçının qatıldığı yarmarkada TÜRSAB stendi də ziyarətçilərin böyük marağına səbəb olub. Sərgi çərçivəsində İndoneziya, Belarus, Pakistan, Bolqarıstan və Maldiv nümayəndə heyətlərini salamlayan TÜRSAB Nümayəndəliyi, illərdir zülm altında yaşayan Fələstinə dəstəyini göstərmək, Fələstinlə həmrəyliyi təşviq etmək və güclənmək üçün əhəmiyyətli bir toplantı keçirdi. 

Fins.az xəbər verir ki, Fələstin Səfirliyinin müşaviri Rana Abusibaa və Fələstin Turizm və Qədim Əsərlər Nazirliyinin Marketinq Departamentinin baş meneceri Majed İshaqın daxil olduğu Fələstin Nümayəndəliyi ilə görüşlər zamanı iki ayrı xoşməramlı saziş (MoU) imzalanıb. Fələstin Turizm və Səyahət Agentlikləri Birliyi və Müqəddəs Torpaq Tur Operatorları Birliyi ilə imzalanmışdır.

Nümayəndə heyətləri imzalanmış sazişlə iki ölkə arasında daha güclü həmrəylik yaratmağı hədəflədiklərini vurğulayıblar. Digər tərəfdən, TÜRSAB Nümayəndəliyi Fələstində onilliklərdir davam edən və 7 Oktyabrdan bəri soyqırıma çevrilən qırğınlardan böyük kədər duyduqlarını ifadə edərək, Türkiyə Cümhuriyyəti ilə birlikdə hər zaman Fələstin xalqının yanında olduqlarını bildiriblər. TÜRSAB Nümayəndəliyi bir daha Fələstin torpaqlarında baş verən insan faciəsinin ən qısa zamanda sona çatacağına və bölgədə ədalətin bərqərar olacağına ümid etdiyini bildirib və sülh əldə olunarsa, Fələstinlə turizm sahəsində əməkdaşlıq etməyi ürəkdən arzuladıqlarını qeyd edib. 

Günel Məlikzadə
Fins.az