TURİZM

06 Fevral

Alman turistlərin ən çox ziyarət etdiyi ölkələr!

2023-cü ildə Almaniyadan hava yolu ilə xaricə səfərlərin sayı açıqlanıb.

Fins.az Turizm Məlumat Bankının məlumatlarına istinadən xəbər verir ki, Almaniyadan xaricə gedən hava səyahətlərində İspaniya və Türkiyə ilk sıradadır. 2023-cü ilin 12 ayında ümumi xaricə axını 19% artıb.

Türkiyə 2023-cü ilin 12 ayında 14,6% artarkən, İspaniya 11,7% artım göstərdi. Ümumi xaricə axını 19% artaraq 86,6 milyona yaxınlaşıb.

2023-cü ilin 12 ayında alman turistlərin ən çox səyahət etdiyi tətil yerləri arasında İspaniya 13,1 milyona, Türkiyə isə 9,9 milyona çatıb. Onları 5,9 milyon nəfərlə İtaliya, 5,2 milyon nəfərlə ABŞ və 4,3 milyon nəfərlə Yunanıstan izlədi.

Günel Məlikzadə
Fins.az