TURİZM

05 Fevral

THY-nin uçuşlarına qadağa qoyulan sərnişinlərin sayı açıqlanıb

Türk Hava Yollarının baş direktoru Bilal Ekşi 2023-cü ildə qaydalara əməl etmədikləri üçün THY uçuşlarına qadağa qoyulan sərnişinlərin sayını açıqlayıb.

Fins.az xəbər verir ki, Türk Hava Yollarının baş direktoru Bilal Ekşi 2023-cü ildə uçuş qaydalarına əməl etməyən 200 sərnişinin uçuşa qadağa qoyulduğunu açıqlayıb.

Uçuşlarda qaydalara riayət etməyin vacibliyini vurğulayan Ekşi, keçən il 200 sərnişinin uçuşa qadağa qoyulduğunu bildirərək, sosial media hesabından uçuşlarda qaydalara əməl edilməməsi nəticəsində tətbiq olunacaq cəza və cərimə ödənişlərini paylaşıb. 

Bilal Ekşi mövzu ilə bağlı paylaşımında “Xahiş edirəm hər zaman uçuş qaydalarına əməl edin. Nə siz, nə də biz kədərlənməməliyik! 2023-cü ildə qaydalara əməl etməyən 200 sərnişinin uçuşunu qadağan etməli olduq. Bu sərnişinlər də SHGM tərəfindən 10 min TL-dən çox inzibati cəzaya məruz qala bilər" dedi.

Günel Məlikzadə
Fins.az