TURİZM

01 Fevral

ABŞ-da hava limanında anqar uçub

ABŞ-ın Boise şəhər rəhbərliyindən verilən yazılı açıqlamada, şəhərdəki hava limanında özəl bir şirkət tərəfindən tikilən və hazırda tikintisi davam edən anqarın çökdüyü barədə axşam saatlarında məlumat daxil olduğu bildirilib. 

Fins.az xəbər verir ki, açıqlamada hadisə nəticəsində 3 nəfərin öldüyü, 9 nəfərin yaralandığı, yaralananlardan 5-nin vəziyyətinin ağır olduğu qeyd edilib.

Boise Yanğınsöndürmə İdarəsinin əməliyyatlar üzrə rəisi Aaron Hummel mətbuat konfransında polad anqarın "fəlakətli şəkildə" çökdüyünü bildirib.

Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.

Günel Məlikzadə
Fins.az